Türkiyənin "Başakşehir" komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son ölkə çempionu Aykut Kocamana tapşırılıb.
56 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. O, bu postda Okan Buruku əvəzləyib.
Qeyd edək ki, "Başakşehir" hazırda Türkiyə Super Liqasında 24 xalla 15-ci pillədə qərarlaşıb.