Başqa liqalara ən çox futbolçu göndərmiş ölkələr bəlli olub

Başqa liqalara ən çox futbolçu göndərmiş ölkələr bəlli olub Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) başqa liqalara ən çox futbolçu göndərmiş ölkələri açıqlayıb.
Futbol
17 May , 2023 09:54
Başqa liqalara ən çox futbolçu göndərmiş ölkələr bəlli olub

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) başqa liqalara ən çox futbolçu göndərmiş ölkələri açıqlayıb.

"Report" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, 100 assosiasiyanın yer aldığını siyahıda Braziliya liderdir.

Cənubi Amerika təmsilçisinin 1289 futbolçusu müxtəlif çempionatlarda mübarizə aparır. Fransa (1033) ikinci, Argentina (905) isə üçüncü pillədə qərarlaşıb. Digər konfederasiyalar üzrə reytinqə Nigeriya (385), Yaponiya (169) və ABŞ (162) başçılıq edir.

Ukrayna (206) 20, Rusiya (148) 29, Gürcüstan (72) 50, Belarus (62) 52, Moldova (41) 63, Türkiyə (28) isə 73-cü yerdədir.

Son xəbərlər

Orphus sistemi