Almaniya Bundesliqasında VII turun mərkəzi görüşü Dortmund "Borussiya"sı ilə "Bavariya" arasında keçirilib. "Report"un məlumatına görə, "Siqnal İduna Park"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Marko Roys açıb. Lakin ilk yarının 4-cü uzatma dəqiqəsində David Alaba bərabərliyi təmin edib.
İkinci hissəyə "Bavariya" qolla başlayıb. 48-ci dəqiqədə Robert Levandovski fərqlənib. 80-ci dəqiqədə Leroy Sane fərqi artırıb. Bundan 3 dəqiqə sonra Erlinq Holann "Borussiya"nın təsəlli qolunu vurub.
Bu qələbə sayəsində "Bavariya" 18 xalla vahid liderə çevrilib. Dortmund "Borussiya"sı isə 15 xalla 2-ci yerdə qərarlaşıb.