Almaniyanın "Bavariya" klubu futbolçusu Kinqsli Komanla müqavilənin müddətini uzadıb.
"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Fransalı oyunçunun müqaviləsi 2023-cü ildə başa çatmalı idi.
Qeyd edək ki, Kinqsli Koman 2017-ci ildən "Bavariya"da çıxış edir.