"Bavariya"nın bugünkü oyunu təxirə salınıb

"Bavariya"nın bugünkü oyunu təxirə salınıb Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil
Futbol
2 Dekabr , 2023 13:23
Bavariyanın bugünkü oyunu təxirə salınıb

"Bavariya" və "Union" (Berlin) komandaları arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının XIII turunun oyunu təxirə salınıb.

"Report" Berlin təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.

Matç güclü qarın yağması səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.

Son xəbərlər

Orphus sistemi