Almaniyanın "Bavariya" klubunun iki futbolçusu koronavirusa yoluxub.
"Report" xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Hans Flik mətbuat konfransında Xavi Martines və Leon Qoretskanın test nəticəsinin müsbət olduğunu söyləyib.
Hər iki oyunçu komandadan təcrid olunub.
Qeyd edək ki, Leon Qoretska cari mövsüm 20 oyunda iştirak edib və 5 qol vurub. Martines isə 18 matçda 1 qolla yadda qalıb.