Almaniyanın "Bavariya" klubu qış transfer pəncərəsində yeni oyunçu almaq niyyətində deyil.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi hazırkı heyətin uğur qazanmaq üçün yetərli olduğunu düşünür.
Daha əvvəl Bundesliqa təmsilçisinin İngiltərənin "Lids Yunayted" komandasında çıxış edən braziliyalı hücumçu Rafinya ilə yaxından maraqlandığı iddia olunurdu. 25 yaşlı forvardın transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, "Bavariya" 17 turdan sonra 43 xalla turnir cədvəlinə başçılıq edir.