"Bavariya" qış fasiləsində yeni futbolçu transfer etməyəcək

"Bavariya" qış fasiləsində yeni futbolçu transfer etməyəcək Almaniyanın "Bavariya" klubu qış transfer pəncərəsində yeni oyunçular almayacaq.
Futbol
15 Dekabr , 2020 22:59
Bavariya qış fasiləsində yeni futbolçu transfer etməyəcək

Almaniyanın "Bavariya" klubu qış transfer pəncərəsində yeni oyunçular almayacaq.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi daha çox akademiyanın yetirmələrinə diqqət ayırmağı planlaşdırır.

Bundesliqanın son çempionu ötən yay heyətinə 7 yeni futbolçu qatmışdı. Cari mövsümün sonunda Jerom Boatenq və David Alabanın komandanı tərk edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Almaniya çempionatında 11 turdan sonra 24 xal toplayan "Bavariya" 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi