Futbol üzrə Belarus Premyer Liqasında cari mövsümün qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, "Şaxtyor" (Soliqorsk) komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Soliqorsk təmsilçisi buna XV turdan təxirə salınmış oyunda "Qomel"ə 3:2 hesabı ilə qalib gəlməklə nail olub.
Bu nəticədən sonra xallarını 68-ə çatdıran kollektiv ən yaxın izləyicisi BATE-ni 10 xal qabaqlayır.
Qeyd edək ki, bu, "Şaxtyor"un ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğudur.