Belarus millisinin və BATE klubunun futbolçusu Zaxar Volkov 2 il müddətinə diskvalifikasiya olunub.
"Report"un məlumatına görə, bu barədə qərar Belarus Futbol Federasiyaları Assosiasiyasının (ABFF) Nizam-İntizam və Etik Məsələlər Komitəsinin iclasında qəbul edilib. 23 yaşlı müdafiəçi "Naftan"ın oyunçusu ikən danışılmış matçda iştirakı səbəbindən cəzalandırılıb.
Hazırda Volkovun Belarus yığmasında və digər çempionatlarda oynayıb-oynaya bilməyəcəyi məlum deyil. Komitə sədri Andrey Avdeyev bildirib ki, FIFA və UEFA bu cür qayda pozuntularına çox ciddi yanaşır.
Qeyd edək ki, Zaxar Volkov BATE-yə 2018-ci ildə "Naftan"dan keçib. Həmin il o, Borisov komandası ilə Belarus çempionluğu qazanıb.