"Standard" və "Şarlerua" komandaları arasında Belçika çempionatının XVII tur matçı sonadək oynanmayıb.
"Report"un məlumatına görə, baş hakim azarkeşlərin davranışı ucbatından görüşü 87-ci dəqiqədə vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb.
Fanatlar meydana protexniki vasitələr və yad əşyalar atıblar. "Standard" tərəfdarları final fitindən sonra qonaq azarkeşlərlə dalaşıblar.
Qeyd edək ki, qarşılaşma dayandırılan vaxt "Şarlerua" 3:0 hesabı ilə öndə olub.