İngiltərə millisinin və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem 2005-ci ildən bəri "Qızıl top" mükafatının namizədləri siyahısında "üçlüy"ə düşən ilk ingilis futbolçu olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün Parisdə "Qızıl top" mükafatının təqdimetmə mərasimində reallaşıb.
İngilis futbolçu ilk "üçlük"də Rodri və "Real"dakı komanda yoldaşı Vinisius Junior ilə birlikdə yer alıb. 2005-ci ildə ingiltərəli futbolçulardan Stiven Cerrard və Frenk Lempard ilk "üçlüy"ə düşüblər.
Qeyd edək ki, bu il "Qızıl top"u İngiltərənin "Mançester Siti" klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.