Portuqaliyanın "Benfika" və İngiltərənin "Arsenal" komandaları arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununun yeri dəyişdirilə bilər.
"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, fevralın 18-də Lissabonda keçirilməli olan matçın İtaliyanın paytaxtı Romaya salınması gündəmdədir.
Britaniya hökuməti Portuqaliyadan gələn vətədaşlar üçün sərt karantin qaydaları tətbiq edir. İkinci matçın harada keçiriləcəyi də məlum deyil. Çünki "Benfika"nın Londona uçmasına icazə verilməyəcək.
Qeyd edək ki, daha əvvəl Avropa Liqası və Çempionlar Liqasında bir neçə oyunun neytral stadionda keçiriləcəyi bildirilib.