Portuqaliyada "Sportinq" ilə Türkiyə "Beşiktaş"ının UEFA Çempionlar Liqasındakı qrup oyunundan öncə kütləvi dava düşüb.
"Report"un məlumatına görə, azarkeşlər arasında baş vermiş münaqişə nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların türkiyəli tərəfdarlar olduqları bildirilib.
İnsidentlə bağlı araşdırmalar davam edir. Davada meydan sahiblərindən 10, qonaqlardan isə 16 fanatın iştirak etdiyi məlum olub.
Qeyd edək ki, hazırda "Sportinq" - "Beşiktaş" matçında ikinci hissə oynanılır və Portuqaliya təmsilçisi hesabda öndədir - 4:0.