Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının sabiq futbolçusu Sezer Öztürk silahlı qətl törədib.
"Report"un məlumatına görə, veteran yarımmüdafiəçi magistralda ona yol verməyən şəxslərə atəş açıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Qeyd edək ki, Sezer Öztürk Almaniyada "Bayer" və "Nürnberq" kimi komandaların da formasını geyinib. O, 2011 - 2013-cü illərdə "Fənərbağça"da, 2013 - 2015-ci illərdə "Beşiktaş"da çıxış edib. Veteran futbolçu Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.