AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Qaradağ Lökbatan” klubunu cərimələyib.
"Report"un məlumatına görə, buna komandanın “Sabah-2” ilə XXIV tur oyununun gec başlanması səbəb olub.
Təcili tibbi yardım maşını matçın keçirildiyi Lökbatan Olimpiya İdman Kompleksinin stadionuna gecikdiyi üçün meydan sahibləri 160 manat məbləğində ziyana düşüb. Gecikmə həmin maşının oyun ərəfəsində koronavirus xəstələrinə yardım üçün getməsi ilə əlaqəli olub.
Bundan başqa, "Zaqatala" ilə ev oyununda diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün ""Sumqayıt-2" 40 manat cərimə olunub.
Nümayəndəsi “Sabah-2” ilə matç öncəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Keşlə-2” 80 manat xərcə düşüb.
“Neftçi-2” ilə ev oyununda isə polis nümayəndəsinin analoji hərəkətinə görə "Turan Tovuz" 40 manat cərimə ödəyəcək.