Boris Conson Superliqanın yaradılmasını tənqid etdi

Boris Conson Superliqanın yaradılmasını tənqid etdi "Biz yerli futbol rəhbərliyinin fikirlərini dəstəkləyirik"
Futbol
19 Aprel , 2021 09:47
Boris Conson Superliqanın yaradılmasını tənqid etdi
Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Conson nəhəng futbol klublarının Avropa Super Liqası yaratması planlarını tənqid edib.

"Report" xəbər verir ki, Conson yarışın daxili çempionatlara və ölkədəki azarkeşlərə təsir edəcəyini bildirib.

Consonun sözlərinə görə, Superliqa planı futbol üçün dağıdıcı ola bilər: "Biz UEFA və FIFA-nı, onların atacaqları addımları dəstəkləyirik. Bu, milli çempionatların ürəyinə zərbə endirəcək və ölkədəki bütün fanatlara toxunacaq. Cəlb olunmuş klublar gələcək addımlara qərar verməzdən əvvəl azarkeşlərinə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir".

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları turnirdə iştirakını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi