"Borussiya"dan ayrılan 35 yaşlı futbolçu "Real"a keçə bilər

"Borussiya"dan ayrılan 35 yaşlı futbolçu "Real"a keçə bilər Almaniyanın "Borussiya" (Dortmund) kollektivindən ayrılan Mats Hummels İspaniya təmsilçisi "Real"a (Madrid) keçə bilər.
Futbol
23 İyul , 2024 18:34
Borussiyadan ayrılan 35 yaşlı futbolçu Reala keçə bilər

Almaniyanın "Borussiya" (Dortmund) kollektivindən ayrılan Mats Hummels İspaniya təmsilçisi "Real"a (Madrid) keçə bilər.

"Report" “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "Kral klubu" 35 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.

Azad agent statusu daşıyan almaniyalı futbolçunun hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, karyerası boyunca 701 matça çıxan M.Hummels 59 qol vurub.


Son xəbərlər

Orphus sistemi