"Borussiya"nın hücumçusu Çempionlar Liqasında yeni rekorda imza atdı

"Borussiya"nın hücumçusu Çempionlar Liqasında yeni rekorda imza atdı Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.
Futbol
25 Noyabr , 2020 09:02
Borussiyanın hücumçusu Çempionlar Liqasında yeni rekorda imza atdı
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qol həddinə ən tez çatan oyunçu olub.

Norveçli forvard IV turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Holann turnirdəki 12 oyunda 16 qol vurub. Futbolçu Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zaltsburq"unun heyətində də fərqlənib.

Niderlandlı sabiq futbolçuyadək Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyunda 15 qola imza ata bilib.

Kriştianu Ronaldu 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.

Qeyd edək ki, Erlinq Holann 2019-cu ilin dekabrında "Zaltsburq"dan "Borussiya"ya keçib.

Son xəbərlər

Orphus sistemi