Almaniyanın "Borussiya" (Dortmund) klubunun qapıçısı Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək.
"Report" Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli qolkiper MLS-də çıxış edən "Sent-Luis" komandasına keçib.
32 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Roman Bürki bu mövsüm "Borussiya"nın heyətində heç bir oyuna çıxmayıb.