“Braqa”nın futbolçusu “Qarabağ”a məğlubiyyətin səbəbini açıqlayıb

“Braqa”nın futbolçusu “Qarabağ”a məğlubiyyətin səbəbini açıqlayıb Portuqaliyanın “Braqa” klubunun futbolçusu Vitor Karvalyu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.
Futbol
16 Fevral , 2024 10:35
“Braqa”nın futbolçusu “Qarabağ”a məğlubiyyətin səbəbini açıqlayıb

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Vitor Karvalyu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi istədikləri kimi mübarizə aparmadıqlarını etiraf edib.

O, Bakıdakı cavab matçına qələbə üçün yollanacaqlarını vurğulayıb: “Qarabağ” önündə bizdə döyüş, fədakarlıq ruhu çatışmırdı. Azarkeşlərin tənqidini başa düşürük. Çünki onlar bizdən yaxşı çıxış, fədakarlıq, mübarizə gözləyirlər. Həm çempionatda, həm də “Qarabağ”la cavab matçında qələbə üçün meydana çıxacağıq”.

Braziliyalı oyunçu Azərbaycan çempionunun onları yaxşı təhlil etdiyini düşünür: “Müdafiə planında daha yaxşı olmalıyıq. Bəzi keçidlər bizi ifşa etdi. Rəqib də həmin vəziyyətlərdən necə istifadə edəcəyini bilirdi. Biz bu formanı ürəkdən qəbul etmişik, daha çox şey verməliyik. Vəziyyəti də ancaq çox çalışaraq dəyişmək olar. İkinci qolu buraxanda komandada inamsızlıq yarandı. Rəqib təhlükəli əks-hücumlar etməyə başladı. İndi bazar günü çempionat matçında qələbə qazanmalı və cavab qarşılaşmasına daha inamlı hazırlaşmalıyıq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi