Braziliya klubu "Qarabağ"la danışıqlarda saxtakarlığa əl atıb

Braziliya klubu "Qarabağ"la danışıqlarda saxtakarlığa əl atıb Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneyin "Qarabağ" transferinin baş tutmamasının detalları açıqlanıb.
Futbol
28 İyun , 2022 09:41
Braziliya klubu Qarabağla danışıqlarda saxtakarlığa əl atıb

Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneyin "Qarabağ" transferinin baş tutmamasının detalları açıqlanıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçidin alınmamasına Pernambuku təmsilçisinin saxtakarlığa əl atması səbəb olub.

Danışıqlar "köhlən atlar"ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.

İddiaya görə, "Nautiko" depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.

"Nautiko"nun idman direktoru Roberto Selva isə bu məsələdə "Qarabağ"ı günahlandırıb: "Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik. Bu, danışıqlarda standart prosedurdur. Rhaldney "Qarabağ"a transferindən öncə evlənmək üçün ona vaxt verilməsini istədi. Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədir. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi".

Qeyd edək ki, daha əvvəl Braziliya mətbuatı "Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəyəcəyini yazmışdı.

Son xəbərlər

Orphus sistemi