Braziliyanın "Vitoriya" klubunun futbolçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər.
"Report" yerli "Arenarubronegra" nəşrinə istinadən xəbər verir ki, Braziliya təmsilçisi 22 yaşlı hücumçunun keçidi üçün Premyer Liqa klublarından biri ilə danışıqlar aparır.
Nəşr həmin komandanın adını açıqlamayıb. Razılıq əldə olunarsa, forvard bir illik icarə əsasında Azərbaycanda oynayacaq.
Qeyd edək ki, Eronildo dos Santos Roşa 2015-ci ildə Braziliyanın U-17 yığmasının formasını geyinib.