Braziliyada futbolçu tribunadan atılan telefona görə xəsarət alıb

Braziliyada futbolçu tribunadan atılan telefona görə xəsarət alıb Braziliyanın "Qremio" klubunun futbolçusu Lukas Silva tribunadan atılan mobil telefonun üzünə dəyməsi nəticəsində xəsarət alıb.
Futbol
20 Mart , 2022 16:07
Braziliyada futbolçu tribunadan atılan telefona görə xəsarət alıb

Braziliyanın "Qremio" klubunun futbolçusu Lukas Silva tribunadan atılan mobil telefonun üzünə dəyməsi nəticəsində xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə "İnternasyonal"a qarşı Qauşu Liqasının oyununda baş verib.

Nəticədə Silvanın üzü qanayıb və matçda fasilə yaranıb. 29 yaşlı yarımmüdafiəçinin yerinə 77-ci dəqiqədə meydana Qabriel Silva daxil olub.

Qeyd edək ki, qarşılaşma "Qremio"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lukas Silva 2015 - 2019-cu illərdə İspaniyada "Real Madrid", Fransada isə "Marsel"in formasını geyinib.

Son xəbərlər

Orphus sistemi