Braziliyada hakimi döyən müdafiəçi futboldan kənarlaşdırılıb

Braziliyada hakimi döyən müdafiəçi futboldan kənarlaşdırılıb Braziliyanın "SK San-Paulu" klubunun müdafiəçisi Uilyam Ribeyro futboldan kənarlaşdırılıb
Futbol
19 Oktyabr , 2021 22:16
Braziliyada hakimi döyən müdafiəçi futboldan kənarlaşdırılıb

Braziliyanın "SK San-Paulu" klubunun müdafiəçisi Uilyam Ribeyro futboldan kənarlaşdırılıb

"Report" UOL nəşrinə istinadən xəbər verir ki, buna 30 yaşlı oyunçunun "Quarani" ilə görüşdə baş hakim Rodriqo Krivellaroya hücum etməsi səbəb olub.

Ribeyro qarşıdakı 2 ildə peşəkar futbolla məşğul ola bilməyəcək.

Qeyd edək ki, hadisə oktyabrın 5-də keçirilmiş matçın 61-ci dəqiqəsində baş verib. Müdafiəçi hakimi yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən referi xəstəxanaya aparılıb və görüş dayandırlıb.

Polis Ribeyronun hərəkətlərini qətlə cəhd kimi qiymətləndirib. Yerli həbsxanaya göndərilən futbolçu cərimə də ödəyəcək.

Son xəbərlər

Orphus sistemi