Braziliyalı futbolçu Vitao Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə müqaviləni ləğv etmək istəyir.
"Report" "Sport.ua" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi bununla bağlı FIFA-ya müraciət ünvanlayıb.
Vitao ilə yanaşı onun bir neçə həmyerlisi də yaxın vaxtlarda analoji addımlar atmağı planlaşdırır. Komandanın bütün legionerləri ötən gün ölkəni tərk edib.
Qeyd edək ki, Vitaonun "Şaxtyor"la müqaviləsi 2024-cü ilin yanında başa çatmalıdır. Oyunçu 2019-cu ilin sentyabrında Donetsk təmsilçisinə keçib.