Braziliyanın "Palmeyras" klubunun oyunçusu Veverton da Silva kuryoz hadisə ilə gündəmə gəlib.
"Report" xəbər verir ki, 33 yaşlı qapıçı yerli çempionatın "Koritiba" ilə matçında bir zərbə ilə rəqibin 2 futbolçusunu yerə sərib.
İkinci qoldan sonra topu tordan çıxaran qolkiper ənənəvi olaraq onu zərbə ilə meydanın mərkəzinə doğru vurmaq istəyib. Bu zaman top qolu qeyd edən oyunçulardan birinin başına tuş gəlib. Onun başı isə komanda yoldaşının sifətinə dəyib. Nəticədə hər iki futbolçu zədələnib.
Vevertonun bunu bilərəkdən etmədiyi qənaətinə gələn matçın baş hakimi qapıçını cəzalandırmayıb.
Qeyd edək ki, görüş "Koritiba"nın qələbəsi ilə yekunlaşıb - 3:1.
Irritado por levar o segundo gol, Weverton dá um bico na bola e acerta os jogadores do Coritiba que comemoravam. Juiz considerou que o lance não foi intencional.