Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.
"Report"un məlumatına görə, İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi qələbənin önəmli olduğunu bildirib.
"Seçmə mərhələyə qələbə ilə başlamaq çox vacibdir. Nunu Mendeş və Joau Palinyanı yığmada debüt etdikləri üçün təbrik edirəm", - deyə o, instaqram profilində yazıb.
Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.