Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda daha bir oyun keçiriləcək.
"Report"un məlumatına görə, Rusiyanın "Spartak" (Moskva) klubu C qrupunda İngiltərə "Lester"ini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Moskva təmsilçisi iki oyundan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Britaniyalılar isə 1 xalla İtaliya "Napoli"si ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı başçılıq edir.
Avropa Liqası, qrup mərhələsi
C qrupu, III tur
20 oktyabr
18:30. "Spartak" (Moskva, Rusiya) - "Lester" (İngiltərə)