Almaniyanın "Şalke" klubu azarkeşləri barədə polisə şikayət edəcək.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların futbolçulara hücum etməsi səbəb olub.
Komanda Bundesliqanın XXX turunda "Arminiya"ya 0:1 hesabı ilə uduzub və 1988-ci ildən sonra ilk dəfə əsas çempionatı tərk edəcək. Oyundan sonra azarkeşlər futbolçulara yumurta atıb və onlardan bir neçəsinə hücum edib.
Nəticədə klub məşqləri aprelin 26-da bərpa etməyi qərara alıb. "Şalke" məsələ ilə bağlı istintaqa kömək edəcəyini də açıqlayıb.
Qeyd edək ki, "Şalke" turnir cədvəlində 13 xalla 18-ci pillədə qərarlaşıb. Komanda sona 4 tur qalmış 16-cı sıradakı "Herta"dan 13 xal geridədir.