"Volfsburq" klubu Almaniya Kubokundan kənarlaşdırılıb.
"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın əvəzetmə qaydalarını pozması səbəb olub.
Baş məşqçi Van Bommel avqustun 8-də "Proyssen"ə qarşı 1/8 matçında 6 əvəzetmə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Volfsburq" əlavə vaxtda 3:1 hesablı qələbə qazanmışdı.
"Proyssen"in etirazından sonra Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.