Almaniyanın "Leyptsiq" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, daha 6 nəfərin testi müsbət çıxıb.
Onlardan dördü futbolçu, biri məşqçi, digəri isə işçidir. Beləliklə, klubda infeksiya aşkarlanan şəxslərin sayı 9-a çatıb. Daha əvvəl baş məşqçi Cessi Marşın da koronavirusa yoluxduğu bəlli olub.
Qeyd edək ki, "Leyptsiq" Bundesliqanın XIII turunda noyabrın 28-də "Bayer" (Leverkuzen) komandasını qəbul edəcək.