Canni De Byazi: "Bu futbolçular bizim gələcəyimizdir"

Canni De Byazi: "Bu futbolçular bizim gələcəyimizdir" "Nəticədən razı, etdiyimiz səhvlərdən narazı qaldım. Xüsusilə buraxdığımız qol zamanı yol verdiyimiz səhv məni bir az əsəbiləşdirdi. Qapıya xeyli sayda zərbə endirsək də, cəmi üçü dəqiq oldu".
Futbol
2 İyun , 2021 22:19
Canni De Byazi: Bu futbolçular bizim gələcəyimizdir
Canni De Byazi

"Ağır oyun oldu. Oyunun böyük hissəsində nəzarət bizdə olsa da, çətin qələbə qazandıq. Halbuki çoxlu qol imkanımız var idi. Məğlubiyyətdən xilas olub, qalib gələ bildik".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Minskdə Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı müəxəssis nəticədən razı, səhvlərdən isə narazı qaldığını bildirib: "Xüsusilə buraxdığımız qol zamanı yol verdiyimiz səhv məni bir az əsəbiləşdirdi. Daha konkret olmalıyıq. Qapıya 22 zərbə endirsək də, cəmi üçü dəqiq oldu".

Bədavi Hüseynovun millidə ilk qolunu vurmasına da toxunan 65 yaşlı baş məşqçi 3 gün öncə ona artıq fərqlənməyin vaxtı çatdığını söylədiyini vurğulayıb: "Çox sevindirici haldır. Həyatda hər şeyə inanmalısan. Bu halda istənilən şey baş verə bilər. Fikirləşirəm ki, Bədavinin yaxşı keyfiyyətləri var. Xüsusilə standart vəziyyətlər zamanı bundan yararlana bilər".

Yığmada debüt edən Rüstəm Əhmədzadə və Toral Bayramovun çıxışını da dəyərləndirən De Byazi onların oyunununu bəyəndiyini söyləyib: "Hər ikisinin çıxışından razı qaldım. Bu futbolçular bizim gələcəyimizdir. Səhv etmirəmsə, 2000-ci il təvəllüdlü oyunçulardır. Ümumilikdə, sonradan meydana daxil olan 6 oyunçudan çox razı qaldım".

Son xəbərlər

Orphus sistemi