Canni De Byazi: "Fasilədən sonra oyunumuz alınmadı"

Canni De Byazi: "Fasilədən sonra oyunumuz alınmadı" "Boşluqlardan istifadə edə bilmədik"
Futbol
27 Mart , 2021 23:46
Canni De Byazi: Fasilədən sonra oyunumuz alınmadı
Canni De Byazi

“Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans verdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər seçməsinə 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, rəqib fiziki cəhətdən güclü komandadır: "Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar. Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm".

65 yaşlı baş məşqçinin sözlərinə görə rəqibin pressinqinin qarşısını məharətlə alıblar: "Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü".

Son xəbərlər

Orphus sistemi