Canni De Byazi: "Bu qrupda öz sözümüzü deyə bilərik"

Canni De Byazi: "Bu qrupda öz sözümüzü deyə bilərik" "Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşün
Futbol
16 Dekabr , 2021 22:33
Canni De Byazi: Bu qrupda öz sözümüzü deyə bilərik

"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatmasını dəyərləndirərkən deyib.

C Liqasında yer alan Azərbaycan millisi Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq. İtaliyalı mütəxəssis Slovakiyanı qrupun favoriti adlandırıb: "Yəqin ki, bunu deməklə yeni nəsə söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru formada olsaq, qrupda yaxşı mənada öz sözümüzü deyə bilərik".

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi