Canni De Byazi: "Qrupda şansımız ola bilər"

Canni De Byazi: "Qrupda şansımız ola bilər" Xəbər verdiyimiz kimi, bu gün UEFA-nın Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib: "Bu qrupda 5
Futbol
7 Dekabr , 2020 23:26
Canni De Byazi: Qrupda şansımız ola bilər
Canni De Byazi

"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, seçmə mərhələ oyunlarınadək qalan 4 aylıq müddətdən hazırlıq üçün səmərəli istifadə etmək lazımdır: "Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.

Son xəbərlər

Orphus sistemi