Canni De Byazi: "Səhvlərimizi ayıq başla analiz edəcəyik"

Canni De Byazi: "Səhvlərimizi ayıq başla analiz edəcəyik" Canni de Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum
Futbol
10 Oktyabr , 2020 19:55
Canni De Byazi: Səhvlərimizi ayıq başla analiz edəcəyik
Canni De Byazi

“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları UEFA Mİllətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis bildirib ki, buraxdıqları səhvləri ayıq başla analiz edəcəklər.

De Byazi həmçinin vurğulayıb ki, fasilədə əvəzlədiyi kapitan Maksim Medvedevin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı məlum deyil: "Maksim komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.

Son xəbərlər

Orphus sistemi