Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizəd olub

Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizəd olub Azərbaycan millisinin sükanı arxasında olan Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizədlərdən biridir.
Futbol
27 Dekabr , 2021 11:24
Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizəd olub
Canni De Byazi

Hazırda futbol üzrə Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizədlərdən biridir.

"Report" xəbər verir ki, "Live Sport" nəşri 65 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq komandadan getməyə hazır olduğunu yazıb.

İtaliyalı baş məşqçi bu səbəbdən, Yunanıstan Futbol Federasiyasına (EPO) təklif olunub. Federasiya rəsmiləri onun millidə uğur qazana biləcəyinə inanırlar.

De Byazidən başqa Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin EPO üçün ən ideal variant məhz odur.

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

Son xəbərlər

Orphus sistemi