Çeferin: "Peres onun dediklərinə tabe olan UEFA prezidenti istəyir"

Çeferin: "Peres onun dediklərinə tabe olan UEFA prezidenti istəyir" "Mən Avropa və dünya futbolu üçün yaxşı olanı edirəm"
Futbol
22 Aprel , 2021 10:39
Çeferin: Peres onun dediklərinə tabe olan UEFA prezidenti istəyir
Aleksander Çeferin

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinal oyunlarının taleyi haqqqında danışıb.

"Report"un məlumatına görə, Sloveniyanın "24UR" telekanalına açıqlama verən funksioner matçların oynanmaması ilə bağlı kiçik ehtimalın olduğunu deyib.

Çeferin qarşılaşmaların baş tutmayacağı təqdirdə, yarımfinal iştirakçılarının onları məhkəməyə verə biləcəyini sözlərinə əlavə edib: "Buradakı kritik məqam cari mövsümün artıq başlamasıdır. Matçlar oynanmazsa, yayımçılar bizi məhkəməyə verə bilərlər. Ancaq gələcəkdə işlər dəyişəcək".

Sloveniyalı funksioner İspaniyanın "Real Madrid" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peresin iddialarına da cavab verib: "Onun sözləri məni burada qalmağa daha çox təşviq edir. Peres dediklərinə tabe olan, onu dinləyən və özünün düşündüyünü edən UEFA prezidenti istəyir. Mən isə Avropa və dünya futbolu üçün yaxşı olanı edirəm".

Qeyd edək ki, İspaniyanın "Barselona" və "Real Madrid" klublarından başqa 10 komanda Superliqadan ayrıldığını açıqlayıb. İtaliyanın "Milan" və "Yuventus" klubları layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi