"Çelsi" İngiltərə Kubokunun 1/8 final matçında "Barnsli" ilə qarşılaşıb.
“Report” xəbər verir ki, görüş Barnslidəki "Oakvell" stadionunda keçirilib və qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qol 64-cü dəqiqədə vurulub - hücumçu Temmi Abraham fərqlənib.
Bununla da “Çelsi” İngiltərə Kubokunun 1/4 finalına yüksəlib.
Tomas Tuxelin yetirmələri yarımfinala çıxmaq üçün "Şeffild Yunayted"lə qarşılaşacaqlar.