"Çelsi" komandası İngiltərə Kubokunun yarımfinal matçında "Mançester Siti”yə qalib gəlib.
"Report" xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilmiş görüş "zadəganlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə Hakim Ziyeş vurub.
Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi komanda "Lester" - "Sautqempton" qarşılaşmasının qalibi ilə oynayacaq.
“Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 54 xalla 5-ci yerdə qərarlaşıb. Komanda növbəti turda "Brayton"la üz-üzə gələcək. Görüş aprelin 20-də olacaq.
"Mançester Siti" isə 74 xalla birinci yerdədir. Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv növbəti matçda "Aston Villa" ilə qarşılaşacaq. Oyun aprelin 21-də keçiriləcək.