"Çelsi" Kiyev "Dinamo"sunun futbolçusunu alır

"Çelsi" Kiyev "Dinamo"sunun futbolçusunu alır Ukrayna millisinin və Kiyev "Dinamo"sunun futbolçusu İlya Zabarnıy İngiltərənin "Çelsi" klubuna keçməyə yaxındır.
Futbol
31 May , 2021 10:38
Çelsi Kiyev Dinamosunun futbolçusunu alır
İlya Zabarnıy

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun futbolçusu İlya Zabarnıy İngiltərənin "Çelsi" klubuna keçməyə yaxındır.

"Report"un Sport24.ru-ya istinadən məlumatına görə, "zadəganlar" 18 yaşlı mərkəz müdafiəçisini 12 milyon avroya almağa hazırlaşır.

Bu transferdə yığmanın baş məşqçisi və London komandasının keçmiş hücumçusu Andrey Şevçenko iştirak edir.

Qeyd edək ki, İlya Zabarnıy Kiyev "Dinamo"sunun yetirməsidir. O, 2020/2021 mövsümündə 36 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Zabarnıy Ukrayna millisində 2020-ci ilin oktyabrında debüt edib və indiyədək 6 oyuna çıxıb.

Son xəbərlər

Orphus sistemi