"Çelsi" klubu yeni transferini rəsmən açıqlayıb

"Çelsi" klubu yeni transferini rəsmən açıqlayıb İngiltərənin "Çelsi" klubu müqavilə əsasında "Lester" kollektivinə məxsus olan Dyuzberi Hollu transfer edib.
Futbol
2 İyul , 2024 18:55
Çelsi klubu yeni transferini rəsmən açıqlayıb

İngiltərənin "Çelsi" klubu müqavilə əsasında "Lester" kollektivinə məxsus olan Dyuzberi Hollu transfer edib.

"Report" London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" son mövsümü icarə əsasında "Luton"da (İngiltərə) keçirən 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, D.Holl ötən mövsüm İngiltərə Çempionşipdə 44 oyun keçirib və 12 qol vurub.

Son xəbərlər

Orphus sistemi