Fransa PSJ-si ilə müqaviləsi başa çatandan sonra azad agent statuslu futbolçu olan Tyaqo Silvanın yeni komandası müəyyənləşib.
"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı braziliyalı müdafiəçi İngiltərənin "Çelsi" klubu ilə 2 illik müqavilə imzalayacaq. O, Avropada daha 3-4 il oynamaq niyyətindədir.
Silva Lissabondan Parisə qayıdan kimi London təmsilçisinin baş məşqçisi Frenk Lempardla danışacaq.
Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir. Paris təmsilçisi ötən gün Çempionlar Liqasının finalında Almaniya "Bavariya"sına uduzub - 0:1.