İngiltərənin "Çelsi" klubu Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiranu Ronaldunu transfer etmək istəyir.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin yeni sahibi Todd Byoli ötən ay 37 yaşlı hücumçunun agenti Jorje Mendeşlə görüşüb. Əsas müzakirə mövzularından biri təcrübəli forvardın "zadəganlar"a mümkün keçidi olub.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Mançester Yunayted"i tərk etmək istədiyi və agentinə ona klub tapmasını tapşırdığı barədə xəbərlər yayılıb. Lakin "qırmızı şeytanlar" aparıcı futbolçusunu satmaq niyyətində deyil.