"Çelsi" sanksiyalara görə əlavə bilet satışı həyata keçirə bilməyib

"Çelsi" sanksiyalara görə əlavə bilet satışı həyata keçirə bilməyib "Çelsi" klubu "Midlsbro"ya qarşı İngiltərə Kubokunun 1/4 final oyunu üçün əlavə bilet satışı həyata keçirə bilməyib
Futbol
15 Mart , 2022 16:44
Çelsi sanksiyalara görə əlavə bilet satışı həyata keçirə bilməyib

"Çelsi" klubu "Midlsbro"ya qarşı İngiltərə Kubokunun 1/4 final oyunu üçün əlavə bilet satışı həyata keçirə bilməyib.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Maliyyə Sanksiyalarına Nəzarət İdarəsi "zadəganlar"ın bununla bağlı istəyini rədd edib.

"Çelsi" isə həm rəqib tərəfdarların, həm də sanksiyalardan əvvəl bilet əldə etmiş azsaylı azarkeşlərin hüquqlarını pozmamaq üçün görüşün boş tribunalar önündə keçirilməsinə razı olmayıb.

Qeyd edək ki, noyabrın 19-da keçirilcəcək "Midlsbro" - "Çelsi" matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq. Rusiyalı iş adamı Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi