“Çelsi” rəsmi oyunlar tarixində heç vaxt “Real”a məğlub olmayıb

“Çelsi” rəsmi oyunlar tarixində heç vaxt “Real”a məğlub olmayıb Çempionlar Liqasının ½ finalının birinci görüşündə İspanıyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib
Futbol
28 Aprel , 2021 06:48
“Çelsi” rəsmi oyunlar tarixində heç vaxt “Real”a məğlub olmayıb

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda İspanıyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib.

“Report”un məlumatına görə, görüş Madridin “Alfredo Di Stefano” stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb. Oyunu Danni Makkelinin başçılıq etdiyi Niderlanddan olan hakim briqadası idarə edib.

Madrid komandası tarixində bircə dəfə də olsa, “Çelsi”ni rəsmi matçlarda məğlubiyyətə uğrada bilməyib. Çempionlar Liqasında heç-heçələrdən başqa, “Kral klubu” ingilislərlə Kuboklar Kuboku turniri çərçivəsində 1971-ci ildə iki görüş keçirib: birinci oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb, ikinci görüşdə isə “aristokratlar” 2:1 hesabı ilə qələbə qazanıblar.

Komandalar həmçinin 1988-ci ildə Avropa Super Kubokunda da görüşüblər. “Çelsi” həmin maçtda da rəqibini minimal hesabla üstələyib.

“Çelsi” və “Real Madrid” komandaları arasında Çempionlar Liqasının yarımfinalının cavab oyunu mayın 5-də Londonun “Stemford Bric” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi