"Çelsi" Tuxelin başçılığı altında ilk dəfə uduzdu

"Çelsi" Tuxelin başçılığı altında ilk dəfə uduzdu 49 xalı olan "Çelsi" isə 4-cü sırada qərarlaşıb
Futbol
3 Aprel , 2021 17:27
Çelsi Tuxelin başçılığı altında ilk dəfə uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında "Çelsi" evdə autsayder "Vest Bromviç"lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 27-ci dəqiqədə Kristian Pulişiç açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2 və 4-cü dəqiqələrdə fərqlənən Mateus Pereyra qonaqları önə keçirib. 63-cü dəqiqədə Kallum Robinson fərqi 2 topa çatdırıb. 5 dəqiqə sonra Mbaye Dianye 4-cü topu "Çelsi"nin qapısından keçirib. 71-ci dəqiqədə Meyson Maunt buraxılan qollardan birinin əvəzini çıxsa da, görüşdə son nöqtəni 90-cı dəqiqədə Robinson qoyub.

Bu, London klubunun baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında ilk məğlubiyyəti olub. Beləliklə, "zadəganlar"ın 14 oyunluq məğlubedilməzlik seriyası qırılıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Vest Bromviç" 19-cı pillədə qalıb. 49 xalı olan "Çelsi" isə 4-cü sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi