UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, F qrupunun son matçında "Atalanta" İtaliyada İspaniya "Vilyarreal"ını qəbul edib.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Qələbə sayəsində xallarını 10-a çatdıran La Liqa təmsilçisi qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
VI turdan təxirə salınmış oyun
F qrupu
22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3
Xal durumu: "Mançester Yunayted" - 11, "Vilyarreal" - 10, "Atalanta" - 6, "Yanq Boyz" - 5.
Qeyd edək ki, bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.