"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın "Uraqan" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşma Azərbaycan çempionunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Uraqan"ın heyətində qolları Nazar Şved və Artem Farenyuk vurublar. "Araz-Naxçıvan"dan isə Ramiz Çovdarov fərqlənib.
Bu qrupun digər matçında Kosovo "Ligeni"si Rumıniyanın "Yunayted Qalati" klubuna 6:4 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, əsas mərhələ
B yolu
6-cı qrup
20:00. "Uraqan" (Ukrayna) - "Araz-Naxçıvan" (Azərbaycan) - 2:1
Qollar: Nazar Şved, 09`46", Artem Farenyuk, 15`04" - Ramiz Çovdarov, 29`29"
Baş hakim: Yosip Barton (Şimali Makedoniya)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Xal durumu: "Ligeni" - 3, "Uraqan" - 3, "Araz-Naxçıvan" - 0, "Yunayted Qalati" - 0.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir.